Havanın temperaturu yüksəldikcə insan orqanizminə mənfi təsirləri də artır.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.

İngiltərədə aparılan araşdırmalara görə, 40 dərəcədən yuxarı hərarət ürək ritminin və nəfəs almanın artmasına səbəb olur və bu vəziyyət beyinə qan axını yavaşladır. Bu da yaddaşa mənfi təsir göstərir. Mütəxəssislər bu riski azaltmaq üçün su istehlakının artırılmasının vacibliyinə diqqət çəkirlər.

Bildirilib ki, dünya Birləşmiş Millətlər Təşkilatının (BMT) “qlobal qaynama” adlandırdığı bir dövrə qədəm qoyur. Temperaturlar insan sağlamlığını təhdid edəcək səviyyədə yüksəlir.

Məlumata görə, isti hava da infarkt və insulta səbəb ola bilər. Buna görə də insanlar gündə ən azı 2 litr su içməlidirlər.

 

Gözəl Həşimova