İranın Xəzər dənizi sahilində yerləşən Gilan vilayətində şənbə günündən bəri 80 hektar meşə sahəsi yanıb.

İqtisadiyyat.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə Gilan vilayətinin Təbii Sərvətlər və Su Hövzələrinin Mühafizəsi Təşkilatının sədri Seyid Məzyar Rezevi əyalətdə baş verən meşə yanğınları ilə bağlı açıqlama verib.

Məlumata görə, güclü küləyin təsiri ilə meşə sahəsinin bəzi hissələrində yanğınlar davam edir və söndürülmə işləri aparılır. Bölgədə 6 evin yanğın nəticəsində zərər gördüyü, ölən və ya yaralananlarla bağlı məlumat paylaşılmadığı bildirilib.

 

Gözəl Həşimova