Təbii ki, seçkilərin demokratik, azad və şəffaf həyata keçirilməsi üçün başlıca şərt ölkədə olan ictimai-siyasi sabitlikdir. Deyə bilərəm ki, ölkəmizdə ədalətli, şəffaf, azad seçkilərin keçirilməsi üçün bütün şərtlər və lazımi şərait mövcuddur.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri yanvarın 8-də Bakıda keçirilən regional seminar-müşavirədə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışı zamanı söyləyib.

Ölkəmizdə seçki ilə bağlı əsas yükün həmişə olduğu kimi, yenə də Mərkəzi Seçki Komissiyasının üzərinə düşdüyünü bildirən İ.Kərimov deyib: “İnanıram ki, bu il də qarşıya qoyulan vəzifələr Mərkəzi Seçki Komissiyası tərəfindən yüksək peşəkarlıqla yerinə yetiriləcək. Bu işdə məhkəmə hakimiyyəti olaraq, biz də üzərimizə düşən öhdəlikləri yerinə yetirməyə hazırıq”.