"Zığ", "Lökbatan", "Qu", "Qırmızıgöl", "Binəqədi", "Xocəsən", "Zabrat", "Bülbülə", "Böyükşor" gölləri axıdılan tullantı sular nəticəsində bu gün ifrat dərəcədə çirklənməyə məruz qalıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov Abşeron yarımadasındakı göllərin ekoloji vəziyyətinə dair ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, göllərdən götürülmüş su nümunələrinin təhlilləri nəticəsində məlum olub ki, bu göllərdə vəziyyət acınacaqlıdır.