Bu ilin I yarısında gömrük bəyannamələrinə əsasən, Azərbaycandan 520 997,98 ton neft məhsulları ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu miqdarda neft məhsullarının dəyəri 261 182,53 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,62% olub.

Bu ilin I yarısında ixrac olunan neft məhsullarının miqdarı ötən ilin müvafiq dövründən 4,9%, dəyəri isə 7,6% azdır.