İstirahət günlərində Böyük və Kiçik Qafqazda hava şəraitinin yağışlı olacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq rayonlarda  19-24 dərəcə isti təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, Lənkəran-Astara bölgəsində iyunun 29-da hava yağmursuz keçsə də, iyunun 30-da arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək. 

Aran rayonlarında fasilələrlə yağış yağacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da  əsasən axşam saatlarında yağış yağacaq. Havanın maksimal temperaturu 29-34 dərəcə isti təşkil edəcək.  

Bakıda və Abşeron yarımadasında iyunun 29-u gündüz saatlarından arabir güclənən şimal-qərb küləyinin iyunun 30-da daha da güclü olacağı gözlənilir. Havanın maksimal temperaturu 23-27 dərəcə isti təşkil edəcək.