Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-may aylarında 285,6 milyon manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə hazır metal məmulatlarının istehsalı sahəsində 21,1 faiz artım, metallurgiya sənayesində 18,4 faiz azalma müşahidə olunub.

Həmçinin sahə üzrə 5 min 454,5 ton (83,2 faiz çox) qara metallardan digər konstruksiyalar, 16,3 min ton (1,2 faiz çox) emal edilməmiş alüminium ərintiləri istehsal edilib.