Ötən gün axşam saatlarında Qubanın dağlıq ərazilərinə güclü yağış yağıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yağıntı əsasən rayonun Qonaqkənd, Xaltan və Söhüb kəndləri ərazisinə düşüb.

Güclü selin gətirdiyi axıntı nəticəsində kəndarası yollar bağlanıb. Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, güclü yağış fərdi təsərrüfatlara ziyan vurub. Həmçinin ötən gün axşam saatlarında Quba-Xınalıq yolu müvəqqəti bağlanıb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, Qubanın Söhüb kəndinə 22 dəqiqəyə 23 mm yağıntı düşüb. Bu, normadan artıq olmaqla bərabər, xüsusi təhlükəli hidrometeoroloji hadisə kimi qiymətləndirilir.