Goranboy rayonunun təbii qazla 100 faiz təmin edilməsi məqsədilə rayonun bir sıra qəsəbə və kəndlərində işlər davam etdirilir.

Aprelin 10-dan qaz xəttinin çəkilişinə başlanılan Kürəkçay və Goran qəsəbələri, eləcə də Qırıxlı, Qarapirimli, Gülməmmədli və Xəsədərli kəndlərində işlər başa çatmaq üzrədir.

Bu vaxtadək 8 kilometr daşıyıcı və 21 kilometrlik qəsəbə və kənddaxili paylayıcı qaz xətləri çəkilib.(azərtac)