Goranboya güclü yağışdan sonra yaranan sel bir sıra fəsadlara səbəb olub.

İqtisadiyyat.az xəbər verir ki, günün ikinci yarısında yağan leysan yağışdan sonra rayonun dağlardan sel gəlib. Nəticədə Ağcakənd qəsəbəsində fəsadlar yaranıb.

Bəzi evlərə sel suları dolub. Qəsəbənin yolları yararsız hala düşüb.