Gecə saatlarında leysan yağışdan sonra rayonun Qazançı, Goranlı və Kürəkçay qəsəbəsinə sel gəlib.

İqtisadiyyat.az xəbər verir ki, nəticədə sel kənd yollarını yararsız hala salıb.

Ümumilikdə selin törədiyi ziyanla bağlı dəqiq məlumat yoxdur.

Qeyd edək ki, hazırda qərb bölgəsində yağışlı hava şəraiti hökm sürür.