Gəncədə itkin düşən məktəbli tapılıb.

Bu barədə İqtisadiyyat.az-a DİN-nin mətbuat xidmətinin Gəncə Regional Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 14 yaşlı məktəblinin yeri müəyyən edilib və artıq ailəsinə təhvil verilmək üzrədir.

*** 09.40

Gəncə şəhərində məktəbli qız itkin düşüb.

İqtisadiyyat.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Nurullayeva Nigar Rəşad qızı 27 saylı orta məktəbdən çıxıb naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.