Gədəbəy rayonunda da qarlı hava müşahidə olunur.

İqtisadiyyat.az xəbər verir ki, gecədən yağmağa başlayan qar səhər saatlarına qədər davam edib. Havanın temperaturu nisbətən aşağı düşüb. 

Hazırda da rayonda qarlı hava şəraiti müşahidə edilir.

Rayon yolları aidiyyəti qurumlar tərəfindən təmizlənib.