Gecə saatlarında ölkənin bir çox bölgələsində tufan ola bilər. 

İqtisadiyyat.az "Operativ Media"ya istinadən xəbər verir ki, paytaxtda da güclü külək gözlənilir. 

Ölkə ərazisində sarı, narıncı və qırmızı xəbərdarlıq elan edilib.

FHN mövzu ilə bağlı vətəndaşlara aşağıdakı çağırışları edib:

 - Uşaqları küləkli havada nəzarətsiz buraxmayın;

 - Nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamayın;

 - Yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durun;

 - Elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmayın.

Qeyd edək ki, İyunun 21-22-də ölkənin bəzi rayonlarında gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq edilib.