İtaliyanın cənubunda yerləşən "Etna" vulkanı kül və lava püskürüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) məlumatında deyilir.

Məlumata görə, Siciliya adasında hündürlüyü təxminən 3300 metr olan "Etna" vulkanı dünən axşam saatlarında kül və lava püskürməyə başlayıb.

Bildirilib ki, vulkanın püskürtdüyü küllər təxminən 4500 metr yüksəkliyə çatıb.

 

Gözəl Həşimova