"Ermənistanın informasiya sahəsində Rusiya ilə bağlı neqativ məlumatlar üstünlük təşkil edir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Ermənistanın informasiya məkanı son vaxtlar Rusiya haqqında açıq-aşkar birtərəfli və mənfi mesajlar yayır ki, bu da heç bir tərəfi qane etmir. Düşünürəm ki, Ermənistanın informasiya məkanında son vaxtlar Rusiya-Ermənistan münasibətləri ilə bağlı birtərəfli, neqativ və çox vaxt həqiqətə uyğun olmayan məlumatlar yayılır. Erməni xalqının bütün bəlalarına görə Rusiyanın ittiham edilməsi qəbuledilməzdir" , - diplomat vurğulayıb.

 

Gözəl Həşimova