"Ermənsitanın Zəngəzur dəhlizinin açılması və digər verdiyi vədləri yerinə yetirməsini gözləyirik".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı bildirib.

O bildirib ki, tarixi fürsət ələ düşsə də, Ermənistan bunu dəyərləndirməyib: "Biz ən başından Azərbaycan-Ermənistan danışıqlarını dəstəklədik. Amma Ermənistan vədlərinə əməl etmədi".