"Qarabağ Azərbaycan suveren torpağıdır, heç bir status qəbul edilməyəcək".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı bildirib.

Ərdoğan qeyd edib: "Cənubi Qafqazda sülh və sabitliyin bərpası əsas məqsəddir. Türkiyə "Bir millət, iki dövlət" prinsipinə əməl etdiyini və bundan sonra da əməl edəcəyini təkrarlayıb".