Türk mediasında “2019-cu ilə damğa vuracaq satış bu gün” başlıqlı yazı dərc olunub. Belə ki, söhbət SOCAR-ın alman EWE şirkətindən Kayseri və Bursadakı şəhəriçi təbii qaz paylama şirkətlərini təhvil alacaq. Bununla yanaşı SOCAR-ın, Türkiyədə rafineri, neftkimya, boru xətti və yanacaqdan sonra, təbii qaz sektorunda da önəmli bir investor olaraq önə çıxdığı qeyd olunur.

İqtisadiyyat.Az türk mediasına istinadla xəbər verir ki, alman enerji nəhəngi EWE AG adı altında fəaliyyət göstərən EWE Türkiye Holdinq, Bursaqaz, Kayseriqaz, EWE Enerji, Enervis və Millenicom olmaqla 5 şirkətini SOCARA satıb. Satışla bağlı Rəqabət Qurumu, Enerji Bazarlarını Tənzimləmə Qurumu və İnformasiya Texnologiyaları və Kommunikasiyaları İdarəsinin “icazə”ləri də tamamlanıb.

Tərəflərin bu gün 160 milyon dollarlıq satış üçün imzalar atacağı və təhvil almanı tamamlayacağı bildirilir. EWE Kayseriqaz və Bursaqaz şirkətlərində 80% səhmlərə sahib idi. Bu hissələr satışdan sonra SOCAR-a keçəcək. Qalan 20% isə kiçik şirkətlərin və əlaqədar bələdiyyələrin payına düşür.

Dərc olunan yazıda SOCAR-ın Türkiyənin enerji bazarında ən böyük investorlardan biri olduğu deyilir. Bu gün baş tutacaq alış-satış ilə birgə SOCAR-ın, Türkiyənin rafineri, neftkimya, boru xətti(TANAP) və yanacaqdan sonra təbii qaz sektorunda da önəmli səhmdar olaraq önə çıxdığı qeyd olunub.

Mehman Nəbiyev