Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 27-də Şirvan şəhərində vətəndaşlarla görüşəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu məlumat mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin oktyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlində yer alıb.

Qəbulda Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayonlarının sakinləri iştirak edə bilərlər.