Dünya birjalarında neftin qiyməti azalıb.

İqtisadiyyat.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 3,09 dollar və ya 5,46% azalaraq 53,5 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 2,38 dollar və ya 3,56% azalaraq 64,49 dollar təşkil edib.