Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Araz Nəzərovun ölüm səbəbi məlum olub.

Bu barədə İqtisadiyyat.az-a institutdan məlumat verilib. 

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra 50 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, Araz Nəzərov Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun Təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb.

***

09:55

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, təşkilatın əməkdaşı Araz Nəzərov dünyasını dəyişib.

Onun hansı səbəbdən vəfat etdiyi məlum deyil.