“Hələ də məktəblərdə şagirdlərin qiymətləndirilməsi şişirdilir”.

İqtisadiyyat.az xəbər verir ki, bunu deputat Etibar Əliyev Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deyib.

O bildirib ki, qırmızı attestat alanlar arasında 0-200 bal toplayanlar var:

“Müəllimlərin sertifikasiyası həm də şagirdlərin düzgün qiymətləndirilməsi üçün vacibdir. Hər bir qiymətləndirmənin dərin məsuliyyəti olmalıdır”.