Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarını Ermənistanın təxribatları barəsində məlumatlandırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə C.Bayramov "X"də paylaşım edib.

"İkitərəfli gündəliyimizdə əsas yer tutan siyasi, iqtisadi və humanitar aspektləri müzakirə etmək üçün BMT Baş Assambleyasının 78-ci Sessiyası çərçivəsində İtaliyanın xarici işlər naziri Antonio Tajani ilə görüşməkdən məmnun qaldım.

Ermənistan silahlı qüvvələrinin pozucu hərbi təxribatları və Azərbaycanın cavab tədbirləri barədə məlumat verdim", - paylaşımda qeyd edilib.