Türkiyənin "Botas International Limited" (BIL) şirkəti tərəfindən bu günədək Ceyhan neft terminalından 3,24 mlrd. bareldən artıq neft yola salınıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə terminaldan 4 227 tanker yüklənilib. Bu il (bu günə olan vəziyyətə görə) Ceyhan neft terminalından 114,79 mln. barel neft və 142 tanker yüklənilib.

Qeyd edək ki, bu ilin mayın 21-dən iyunun 21-dək terminalda 27 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.