Çanaqqalanın Ezine rayonunda ilin müəyyən vaxtlarında çəhrayı rəngə boyanan və ürək forması ilə diqqət çəkən "Ürək gölü" pilotsuz təyyarə ilə havadan görüntülənib.

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, Dalyan kəndində yerləşən, İskəndəriyyə  şəhəri dövründə daxili liman kimi istifadə edilən ürək formalı göl dünyada 8 çəhrayı göldən biridir. İlin müəyyən dövrlərində çəhrayıya çevrilən və sosial mediada yayılan fotolarla məşhurlaşan göl ziyarətçilərin tez-tez ziyarət etdiyi məkandır. Bu il avqustun əvvəlində çəhrayı rəngə boyanmış gölə pilotsuz təyyarə ilə havadan baxılıb.

Qeyd edək ki, "Dunaliella salina" adlı mikroskopik bitki canlısının temperaturun və duzluluğun artması ilə həddindən artıq böyüməsi səbəbiylə yaşanan çəhrayı və qırmızı tonlar gölə fərqli görünüş verir. 

Gülşən Şərif