Rusiya 6 ay müddətinə ölkədən toyuq yumurtasının ixracını qadağan etmək qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Məlumata görə, müvafiq qanun layihəsi normativ hüquqi aktlar portalında yerləşdirilib. Vəziyyət ilk növbədə ABŞ dollarının bahalaşması fonunda bu məhsulların istehsalının maya dəyərinin artması ilə bağlıdır. Belə ki, bu ilin əvvəlindən ölkədə toyuq ətinin qiyməti 27%-dən çox artıb.

Qeyd edək ki, Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında 1662,7 milyon ədəd yumurta istehsal edilib ki, bu da illik müqayisədə 11,9% çoxdur.

 

Gözəl Həşimova