Böyük Britaniyanın BP şirkəti Trans-Anadolu qaz kəmərinin (TANAP) istismarı üzrə əməliyyat şirkətində iştirak etməyi planlaşdırmır.

Bunu Trend-ə “BP Azerbaijan”ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Vitse-prezident bildirib ki, KİV-lərdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Qeyd edək ki, bir müddət Türkiyə mətbuatında BP-nin həmin şirkətin yaradılmasında iştirak etməyi planlaşdırıldığı yazılmışdı.