ABŞ-nin təyyarə istehsalçısı “Boeing”in iki “737 Max” tipli sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məhkəmə çəkişmələrindən yayınmaq üçün 243,6 milyon dollar ödəməyə razı olduğu bildirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məhkəmə sənədlərinə istinadən yazır.

Məlumata görə, şirkət uyğunluq və təhlükəsizlik proqramlarını təkmilləşdirmək üçün növbəti üç il ərzində 455 milyon dollar xərcləməli olacaq. Bundan əlavə, Boeing aviasiya tənzimləyicilərinə uyğunluğuna nəzarət etmək üçün kənar məsləhətçi tutmalı olacaq.

Rəsmi məlumatlara görə, ötən il şirkət ABŞ Müdafiə Nazirliyindən 22,8 milyard dollarlıq müqavilələr alıb.

Jurnalın mənbələrinə görə, “Boeing” və ABŞ Müdafiə Nazirliyi bu problemi həll etmək üçün imkanlar axtarır.

Ədliyyə Departamenti ilə razılaşmada, həmçinin “Boeing” idarə heyətinin üzvlərinin təyyarə qəzasında həlak olanların yaxınları ilə görüşməsi nəzərdə tutulur.

2019-cu ilin martında İndoneziya və Efiopiyada baş verən iki təyyarə qəzasından sonra "Boeing 737 MAX" təyyarələrinin uçuşları bütün dünyada dayandırılıb. 2020-ci ilin sonundan etibarən "737 MAX" təyyarəsinin istismarı bərpa edilib.

"Boeing" səhmləri bu ilin əvvəlindən 29% ucuzlaşıb.

 

Sadiq Cavadov