Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,36% azalaraq 2 685,3 ABŞ dollarına bərabər olub.

İqtisadiyyat.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 1,16% azalaraq 31,97 ABŞ dollarına bərabər olub.