“Bu ilin sonuna kimi Bakıda istismar müddətini başa vurmuş 541 lift dəyişdiriləcək”.

İqtisadiyyat.Az-ın məlumatına görə, bunu "Lifttəmir" İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərov bildirib.

Onun sözlərinə görə, quraşdırılacaq yeni liftlərin qiyməti 12 900 dollar civarındadır:

“Bakıda işlər yekunlaşdıqdan sonra, növbəti mərhələdə liftlər Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində quraşdırılacaq”.