"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən elan olunan tender bu gün yekunlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "BAKI-MEXANİKİ-TƏMİR" ASC olub. Agentlik qalib şirkətə 86.353,32 AZN ödəyəcək.

Qeyd edək ki, metropolitenin tenderdə iştirak haqqı 150 AZN, predmeti isə 2851-2852-2853-2854 nömrəli qatar tərkiblərindən çıxarılmış ön maskaların quraşdırılması kuzovunda bərpası, "N.Nərimanov" adına elektrik deposunda vaqon qaldıran hidravlik domkrat qurğusunun təmiri işləri, Bakı Metropoliteninin “Bakmil” stansiyasında platforma üzərində fermaları birləşdirən 37 ədəd diametri 114 borudan L=269.74 p/m-dən ibarət olan rabitələrin sökülüb korroziyadan təmizlənməsi, boyanması yenidən yerinə quraşdırma və Mexalikləşdirmə Kolonunda Tunel Qazma Kompleksinin ayaqaltı və məhəccərlərin qumla təmizlənməsi və astar boya ilə boyanması işlərinin satın alınmasıdır.

Satınalan təşkilatın VÖEN-i: 1402871431

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri,Nəsimi r-nu M.Rəfili 16 

Ətraflı: https://etender.gov.az/main/competition/detail/293344