Bu gün “Azpetrol” şirkəti 22 yaşını qeyd edir.

“Report” xəbər verir ki, “Azpetrol” şirkəti 15 iyul 1997-ci il tarixində Bakı şəhərinin “Tbilisi“ prospektində özünün ilk yanacaqdoldurma məntəqəsinin açılışı ilə fəaliyyətə başlayıb.

Şirkətin əsas fəaliyyəti Azərbaycanda avtomobil yanacağının pərakəndə və topdan satışının təşkilindən ibarətdir. Hazırda “Azpetrol”un respublikanın əksər bölgələrini əhatə edən 85 yanacaqdoldurma və 5 qazdoldurma məntəqəsi fəaliyyət göstərir.