Bu ilin yanvar-may aylarında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 12 mln. ton, ixraca nəql edilən həcmlər isə 9,9 mln. ton olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X"də bildirib.

Bu dövrdə 700 milyon kubmetr artımla hasil edilmiş 20,9 milyard kubmetr qazın 10,6 milyard kubmetri ixrac olunub.