Yaxın Şərqdə gərginliyin artması fonunda neft qiymətləri bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin sentyabr müqaviləsində bir barelin qiyməti 47 sent və ya 0,5% bahalaşaraq 86,71 dollar olub.

"WTI" markalı neftin avqust müqaviləsində bir barelin dəyəri isə 43 sent və ya 0,5% artaraq 83,24 dollara yüksəlib.

 

Gözəl Həşimova