Bu ilin yanvar-mart aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 192,7 milyon manat təşkil edib.

İqtisadiyyat.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 % çoxdur.

Rüblük sosial sığorta daxilolmalarının 753,2 milyon manatı qeyri-büdcə təşkilatlarının hesabına formalaşıb. Bu isə 1 il əvvələ nisbətən 15,9 % çoxdur.