Azərbaycanda sənaye parklarının yaradılmasına bu günədək 2,6 mlrd. ABŞ dolları məbləğində investisiya yatırılıb. “APA-Economics”in məlumatına görə, bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının hazırladığı “Aİ və Azərbaycanda Biznes Mühiti - 2019” hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, bu istiqamətdə növbəti mərhələdə əlavə olaraq 1,1 mlrd. dollar investisiya qoyuluşu planlaşdırılır.

Hökumət həmçinin hazırda nisbətən zəif məhsuldarlığa malik olan dövlət agentlikləri tərəfindən idarə edilən bərpa olunan enerji və su təchizatı layihələrinə , o cümlədən elektrik istehsalı və paylanması sahəsində özəl sektorun cəlb edilməsi imkanlarını araşdırır.

Bununla belə, statistik məlumatlar onu göstərir ki, bu təşviqlər uzunmüddətli xarici investisiyaların cəlb edilməsinə hələ bir o qədər də böyük təsir göstərməyib.