Bu günədək "SOCAR Metanol" zavodunda 226 min tonadək metanol istehsal olunub.

Bunu Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildiriblər.

Məlumata əsasən, bu ilin sonunadək 360 min ton məhsulun istehsalı planlaşdırılır. Bu məhsulun 97 faizi ixraca yönələcək.

Qeyd edək ki, "SOCAR Metanol" 2014-cü ilin yanvarında işə başlayıb. Zavodun istehsal gücü ildə 650-700 min ton təşkil edir.

Zavodun dəyəri 520 milyon dollar məbləğində ölçülür.