Bu ilin yanvar ayında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 203,5 mln. manatlıq məhsul istehsal edilib.
İqtisadiyyat.az bildirir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 63,2%, kimya sənayesi məhsullarının istehsalında 61,6%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 18,6% artıb.
Məlumata görə, hesabat dövründə rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 2,8 dəfə, əsas kimya məhsullarından propilen istehsalı isə 5,9% artıb.
Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:
Məhsul növləri |
Yanvar 2023-ci il |
2022-ci ilin müvafiq göstəricisinə nisbətən, % |
Azot, min kubmetr |
1 877,1 |
98,5 |
ondan əmtəəlik |
17,1 |
36,8 |
Yod, ton |
13,4 |
89,3 |
Oksigen, min kubmetr |
176 |
13,5 |
ondan əmtəəlik |
173 |
13,3 |
Propilen, min ton |
14,4 |
105,9 |
ondan əmtəəlik |
13,7 |
108,7 |
Polietilen, min ton |
16,1 |
89,9 |
Etilen, min ton |
15,6 |
87,2 |
Metanol (metil spirti), min ton |
50 |
- |
Lak-boya məmulatları, ton |
1 668,2 |
94,1 |
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton |
2 959,2 |
108,3 |