Bu ilin ilk 2 ayı ərzində Azərbaycanda 306,7 min cüt corab istehsal olunub.
İqtisadiyyat.az yeniavaz.com-a istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə corab istehsalı 60,4% artıb.
Onu da bildirək ki, açıqlanan son məlumatlarda ölkə əhalisinin 9 milyon 988 min olduğu qeyd olunub. Bu isə o deməkdir ki, son 2 ay ərzində ölkədə hər 32 nəfərə 1 cüt corab istehsal edilib.
Bu dövürdə istehsal olunan ayaqqabının sayı isə 14,9 min cüt olub. Bu isə o deməkdir ki, son 2 ayda hər 660 nəfərə 1 cüt ayaqqabı istehsal olunub.