2019-cu ilin 5 ayı ərzində ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 91,7 milyon manatlıq məhsul istehsal edilib.

“Finans.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 63,9%, maşın və avadanlıqların istehsalı 15,8% artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 1,8% azalıb.

Dövr ərzində 631 ədəd traktor, 926 ədəd minik avtomobili istehsal olunub, fəvvarə armaturunun istehsalı 28%, ştanqlı quyu nasoslarının istehsalı 38,6%, mancanaq dəzgahlarının istehsalı 21,6% artıb. Minik avtomobillərin istehsalı isə ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 dəfə artıb.