Azərbaycana bu ilin yanvar-sentyabr aylarında 210,7 milyon ABŞ dolları dəyərində 792,3 min ton buğda idxal edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 51,3 milyon dollar və ya 19,5 % çox, həcmi isə 6,5% azdır.

2019-2023-cü illər ərzində ölkə buğda idxalına bu qədər pul xərcləyib:

 

İl

Ticarət dövriyyəsi

2019

390,6 milyon dollar

2020

240,3 milyon dollar

2021

293,2 milyon dollar

2022

363,2 milyon dollar

2023

352,6 milyon dollar

 

Gözəl Həşimova