Bu ilin yanvar-may aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 91,7 mln. manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,9% azdır.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədə 926 ədəd minik avtomobili istehsal olunub. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,1 dəfə çoxdur.

Məlumata əsasən, yanvar-may aylarında Azərbaycanda traktor istehsalı 0,2% artaraq 631 ədəd təşkil edib.