Azərbaycandan bu ilin yanvar-sentyabr aylarında 470 milyon 309 min ABŞ dolları məbləğində 462,6 min ton meyvə-tərəvəz ixrac edilib.
İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 31,2 milyon dollar çoxdur.
Hesabat dövründə meyvə-tərəvəz ixracı ölkənin ümumi ixracının 1,78 %-ni təşkil edib.
Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 439 milyon ABŞ dolları dəyərində 413,7 min ton meyvə-tərəvəz ixrac edib.
Gözəl Həşimova