İyulun 1-də Bakıda Azərbaycan-Cənubi Koreya ikitərəfli əməkdaşlıq tədbiri keçiriləcək.

Tədbirdə iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən avtomobil sənayesi üzrə ixtisaslaşmış 13 Koreya şirkəti iştirak edəcək. 

Tədbir çərçivəsində B2 formatında görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanda 74 Koreya şirkəti qeydiyyatdan keçib. Onlar dövlət əsaslı layihələrdə podratçı qismində də iştirak edirlər. Koreya Azərbaycan iqtisadiyyatına 180 milyon dollara yaxın, Azərbaycan isə Koreyaya 474 milyon dollar investisiya yatırıb.