İcbari tibbi sığorta çərçivəsində ambulator və ya stasionar şəraitdə istifadəsinə təminat veriləcək dərman vasitələri xidmətlər zərfi ilə müəyyən ediləcək.

İqtisadiyyat.az xəbər verir ki, icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı şəxsin tibbi yardım alması ilə bərabər onların dərman və tibb vasitələrindən istifadə etməsini təmin edəcək.

Deputat Müşfiq Məmmədli "Xəzər Xəbər"ə icbari tibbi sığorta çərçivəsində apteklərdən dərmanların necə alınacağından danışıb.

Belə ki, heç bir sui-istifadə hallarına yol verməmək şərtilə nəzarət mexanizmləri qurulacaq.