ABŞ-nin e-ticarət nəhəngi "Amazon" ötən ilin oktyabr-dekabr dövrü üçün balans hesabatını dərc edib.
İqtisadiyyat.az xəbər verir ki, ötən ilin son rübündə "Amazon"un gəliri təxminən 14% artaraq 170 milyard dollara çatıb.
Hesabat dövründə şirkətin xalis satışları 149,2 milyard dollar olaraq qeydə alınıb.
"Amazon"un xalis mənfəəti keçən ilin dördüncü rübündə 10,6 milyard dollara yüksəlib. Şirkət 2022-ci ilin eyni dövründə 278 milyon dollar mənfəət əldə edib.
2023-cü ildə şirkətin ümumi gəliri 574,8 milyard dollar, xalis mənfəəti isə 30,4 milyard dollar təşkil edib.
Gözəl Həşimova