“AFB Bank" ASC-də yeni təyinat olub.

Məlumata görə, Pərviz İbrahimov, Bankın İdarə Heyətinin sədri vəzifəsini icra edən Aydın Hüseynova biznes kreditləri üzrə müşavir təyin edilib.

Pərviz İbrahimov bundan əvvəl “AccessBank” QSC-də çalışıb, Bankın müxtəlif filiallarında kredit şöbəsinin müdiri, Xaçmaz və Badamdar filiallarının rəhbəri vəzifələrində çalışıb.