Öz fəaliyyətində yüksək keyfiyyət göstəriciləri və beynəlxalq idarəetmə standartlarına sahib olmaqla, Azərbaycanın əczaçılıq sektorunun aparıcı şirkətlərindən olan “Zeytun Pharmaceuticals” MMC növbəti uğura imza atıb.

İqtisadiyyat.az xəbər verir ki, idarəetmə sistemlərinin beynəlxalq standartlara uyğunluğunu müəyyən etməklə bu sahədə sertifikatlaşdırmanı həyata keçirən nüfuzlu TÜV AUSTRIA təşkilatı tərəfindən “Zeytun Pharmaceuticals” şirkəti, "GDP Management System" və "ISO-9001:2015 Quality Management System" Sertifikatlarına layiq görülüb.

Bu sertifikatlar əczaçılıq sahəsində beynəlxalq idarəetmə standartlarına uyğunluğu təsdiq edən bir sənəddir.

Belə ki, "Good Distribution Practice – GDP" sertifikatı hazırda dünyada dərman vasitələrinin keyfiyyətini və təhlükəsizliyini qorumaq üçün tələb olunan standartlara uyğun şəkildə daşımanı nəzərdə tutan, dərman vasitələrinin paylanma sistemini saxta, təsdiqlənməmiş, qeyri-qanuni idxal, oğurlanmış, saxtalaşdırılmış və ya yanlış markalanmış əczaçılıq məhsullarından qorumaq prinsiplərinə əsaslananır.

Qeyd edək ki, “Zeytun Pharmaceuticals” Azərbaycan əczaçılıq sektorunda Beynəlxalq GDP sertifikatına sahib olan ilk təşkilatdır.