Xeyriyyə aksiyasına ABŞ-ın 50 ştatı və 10 ölkə qatılıb...

Amerikanın Pittsburq şəhərindəki yəhudi təşkilatı Yeni Zelandiyanın Kraystçerç məscidindəki terror hücumunun qurbanları üçün  1 milyon dollaradək vəsait toplayıb.

Moderator.az xəbər verir ki, bu haqda Yeni Zelandiya radiosu (“Radio New Zealand”) məlumat yayıb.

Şəhərin Yəhudi Federasiyasının prezidenti Jeff Finkelşteyn deyir ki, bu, yəhudi icmasının ötən ilin oktyabrında Pittsburqdakı "Həyat ağacı" sinaqoquna oxşar  terror hücumunun qurbanları üçün pul toplamış müsəlmanlara cavabıdır. Təşkilatçılar Yeni Zelandiyadakı müsəlmanlar üçün vəsait toplanması haqda xəbərin yayılmasndan sonra hətta Pittsburqdan kənarda yaşayan yəhudilərdən dəə pullar axmağa başladığını qeyd edirlər.

"Bizim yalnız   bir məqsədimiz vardı - sinaqoqa hücumdan sonra vəsait toplayan və bizi dəstəkləmək üçün əlindən gələni edən Pittsburqun müsəlman icmasına  sevgimizi nümayiş etdirmək. Aksiyamızın belə geniş miqyasda keçiriləcəyini və bütün ABŞ-ı əhatə edəcəyini gözləmirdik. Müsəlmanlar üçün xeyriyyə tədbirində bütün 50 ştat və ən azı, 10 ölkə iştirak etdi "-deyə yəhudi lider razılıqla etiraf edib. 

Xatırladaq ki, Kraystçerç məscidindəki teraktdan sonra yəhudilər Pitsburq sinaqoquna toplaşaraq terror qurbanlarının xatirəsinə şam yandırıblar.